Onlayn ictimai-siyasi qəzet
Fransanın tanınmış siyasətçisi Floriаn Filippо Prezident Emmanuel Makronu sərt şəkildə tənqid edib.
Musavat.com xəbər verir ki, Filippо bu barədə Albaniyada keçirilən Avropa Siyasi Birliyi sammitindən sonra sosial şəbəkə “X”də paylaşım edib. O, Makronun tədbirdəki davranışını “uyğunsuz və utandırıcı” adlandırıb.
“Və təxmin edin kimdir orada özündən razı bir axmaq kimi iki baş barmağını qaldırıb, ağılsız təbəssümlə poza verən?!” – deyə Filippо yazıb.
Siyasətçinin bu ifadəsi Fransada geniş rezonansa səbəb olub və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ