Onlayn ictimai-siyasi qəzet
Hollivud aktrisası Cennifer Enistonun fanatı avtomobili onun evinin darvazasına çırpıb.
48 yaşlı Cimmi Ueyn Karvayl avtomobili ilə aktrisanın Los-Ancelesdəki malikanəsinin darvazasına çırpılıb. Hadisə zamanı Eniston evdə olub.
Mühafizəçilər polis gələnə qədər həmin şəxsi saxlayıb. O, təqib və vandalizm ittihamı ilə həbs edilib.
Məhkəmədə Karvayl qəribə hərəkət edib və heç bir söz deməyib. Məhkəmə onun ağlı başında olmasının müəyyən edilməsi üçün psixiatrik ekspertizaya göndərilməsi barədə qərar çıxarıb.
Bildirilir ki, Karvayl 2023-cü ildən Enistonun arxasınca düşüb. O, sosial şəbəkələrdə aktrisaya səsli mesajlar, məktublar göndərir, ona “arvad” və “can yoldaşı” deyir. Müstəntiqlər onun evə hücumu planlaşdırdığını güman edirlər.
Məhkəmə Karvayla aktrisanın evinə 100 metrdən çox yaxınlaşmağı qadağan edib.
Növbəti məhkəmə prosesi mayın 22-nə təyin edilib. Təqsiri sübuta yetirilərsə, onu 3 ilə qədər həbs gözləyir./Lent.az
10 May 2025
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ