Onlayn ictimai-siyasi qəzet
Məhərrəm İncə Cümhuriyyət Xalq Partiyasına (CHP) geri dönüb.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində keçirilən CHP Qrup Toplantısında iştirak edən İncə kürsüdə çıxış edib.
"Bu gün bura şəxsi bir hesabla gəlmədim. Başqanımız cənab Özgür Özəlin səmimi və ürəkdən gələn dəvəti ilə buradayam. Bəzən ayrılıqlar inciklikdən, bəzən də ümidi başqa yolda axtarmaqdan doğar. Mənim bu gün buraya gəlişim bir qucaqlaşmadır, bir həsrət bitirmədir. Susmayan diliniz, bükülməyən biləyiniz olmaq üçün buradayam", - siyasətçi deyib.
Qeyd edək ki, Məhərrəm İncə 2018-ci ildə keçirilmiş prezident seçkilərində namizəd olub. O, 2021-ci ildə CHP-dən ayrıldıqdan sonra elə həmin ildə Məmləkət Partiyasını təsis edib. Məlumata görə, Məmləkət Partiyası iyul ayında fövqəladə qurultay keçirərək özünü buraxacaq.
Musavat.com
25 Iyun 2025
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ