İnsanlara hürriyət, millətlərə istiqlal!

Məleykə Abbaszadə ilə ekspertlər arasında qalmaqal: QƏBUL sualları niyə çətindir? VİDEO

"TV Müsavat"ın efirində gündəmin ən aktual mövzularından birinə – ali təhsil müəssisələrinə qəbul imtahanlarında sualların çətinlik səviyyəsinə toxunulub. 

Müzakirədə iştirak edən qonaqlarımız – Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə və təhsil eksperti Elçin Əfəndi – bu məsələ ətrafında fikir mübadiləsi aparıblar.

Eyni zamanda sualların şagirdlərin bilik səviyyəsinə uyğunluğu, imtahanların obyektivliyi və qiymətləndirmə meyarları ilə bağlı maraqlı məqamlar gündəmə gətirilib.

Ekspertlər, eyni zamanda, abituriyentlərin psixoloji hazırlığı, məktəb proqramlarının tələbləri ilə qəbul imtahanları arasında yaranan fərqlər və bu fərqlərin aradan qaldırılması yolları barədə də fikir bildiriblər.

Qeyd edək ki, çox sayda abituriyent və valideyn bildirir ki, mayın 25 də keçirilən qəbul imtahanında (II və III ixtisas üzrə) sual tapşırıqları çox çətin olub. Hətta müəllimlərin belə cavab tapmaqda çətinlik çəkdiyi suallar olub.

Ali təhsil müəssisələrinə növbəti qəbul imtahanı isə sabah, yəni iyunun 1-də I və IV ixtisas qrupları üzrə  keçiriləcək. 

Afaq Mirayiq,
Məhəmməd Türkmən,
Rafət Şahbazov

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR