Onlayn ictimai-siyasi qəzet
Almaniyada üç həftədir federal kansler işləyən Fridrix Merzin fəaliyyətinə dair sorğu keçirilib. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, RTL/n-tv kanalının jurnalistləri almanların hökumət başçısına və qara-qırmızı koalisiyaya münasibətini soruşublar.
“Trend barometri” adlanan göstərici CDU/CSU mühafizəkar blokunun hələ də lider olduğunu göstərir. Ancaq blokun reytinqi fevralda keçirilən erkən federal seçkilərlə müqayisədə azalır. Hazırda mühafizəkarların etimad faizi 26-dır.
“Almaniya üçün Alternativ” partiyasının tərəfdarları 25%-dir. CDU/CSU-nun koalisiya ortağı Almaniya Sosial Demokrat Partiyası (SPD) 15, Yaşıllar və Sol Partiyası isə 11% elektorata malikdir. Bundestaqda yer uğrunda mübarizə aparan və regional siyasətdə rol oynayan digər partiyalar - Azad Demokratik Partiyası (FDP) və “Sara Vaqenknext Alyansı” 4% seçiciyə arxalanırr.
Kansler özü seçicilərin cəmi 50%-nin dəstəyini alır, digər yarısı isə onun işini mənfi qiymətləndirir. Eyni zamanda, hazırkı koalisiyanın işinin əvvəlki hökumətin fəaliyyətiindən fərqlənmədiyi iddia edilir.
“Stern” jurnalının analitikləri seçicilərin antipatiyasını anlamağa çalışırlar. Merz hakimiyyətdə olduğu üç həftə ərzində ölkədaxili problemlərə yox, xarici siyasətə daha çox diqqət yetirib.
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ