İnsanlara hürriyət, millətlərə istiqlal!

Skandal təkzib edildi: "Railgo" rəhbərliyi ofisdə axtarış aparıldığını inkar etdi

Musavat.com xəbər verir ki, Rusiyada məşhur azərbaycanlı neft treyderi İskəndər Xəlilovun oğlu Rəhman Xəlilova məxsus Railgo şirkətinin ofisində xüsusi təyinatlıların axtarış keçirdiyi barədə yayılan məlumatlar şirkət rəhbərliyi tərəfindən rəsmən təkzib olunub.

Haqqin.az saytına göndərilən rəsmi açıqlamada bildirilir ki, 25 iyul 2025-ci il tarixində Railgo ofisində işlər adi qaydada davam edibhər hansı istintaq tədbiri və ya hüquq-mühafizə müdaxiləsi baş verməyib.

"Ofisimizdə nə xüsusi təyinatlılar olub, nə də sənəd müsadirəsi aparılıb. Bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir", – deyə şirkətin rəhbərliyi bəyan edib.

Xatırladaq ki, bundan öncə bəzi rus teleqram kanalları və sosial media səhifələri Railgo şirkətinə Rusiya hüquq-mühafizə orqanları tərəfindən basqın təşkil edildiyini, sənədlərin müsadirə olunduğunu və əməkdaşların ofisdə saxlanıldığını iddia etmişdi.

*** 

Bu gün səhər saatlarında Rusiya hüquq-mühafizə orqanları tanınmış neft treyderi İskəndər Xəlilovun oğlu Rəhman Xəlilova məxsus "Railgo" şirkətinin Moskva ofisində axtarış aparıb.

Musavat.com xəbər verir ki, axtarış zamanı xüsusi təyinatlılar və istintaqçılar ofisə daxil olaraq sənədləri müsadirə edib və əməkdaşların binanı tərk etməsinə icazə verməyiblər. Məlumatı məşhur “Mash” teleqram kanalı yayıb.

“Railgo” şirkəti neft məhsullarının daşınması ilə məşğuldur və əsas fəaliyyət istiqaməti Qara dəniz üzərindən – o cümlədən Azərbaycandan olan məhsulların tranzitidir. Şirkətin sahibi, Azərbaycanın tanınmış iş adamı Rəhman Xəlilov həm də Rusiyada biznes fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Rəhman Xəlilov təkcə iş adamı deyil, həm də mədəniyyət və idman sahəsində tanınan şəxsdir. O, 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı olmuş, 2013–2015-ci illərdə isə Azərbaycan Qış İdman Növləri Federasiyasına rəhbərlik etmişdi. Rəhman Xəlilov məşhur azərbaycanlı oliqarx İskəndər Xəlilovun oğludur.

Hadisənin detalları və axtarışların səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR