İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftçi"dən elə-belə getmədi, xeyli PUL ALDI - FOTO

"Neftçi" Alfa Konteyə təzminat ödəyib.

Syerra Leonedən olan vingerə 6 aylıq maaş qədər kompensasiya verilib.

Afrikalı yalnız bundan sonra müqaviləni qarşılıqlı razılıq əsasında pozmağa razılaşıb.

2024-cü ilin yanvarında transfer olunmuş A.Konte “Neftçi”nin heyətində 25 rəsmi oyun keçirib.

Samir Abasov, əslində, onu çoxdan yola salmaq istəyirdi. Bu ilin əvvəlindən getmək söhbəti var idi.

Bura “Lokomotiv Plovdiv”dən (Bolqarıstan) gəlmiş Syerra Leone yığmasının üzvü sırf pul məsələsinə görə prosesi gətirib bu yerə çıxartdı, ”ağ-qaralar”ın əsəblərini tarıma çəkdi, vaxtı saqqıztək uzatdı.

Baş məşqçinin ona oynamaq şansı yaratmamasından qıcıqlanan Konte ötən müddətdə ona gələn təkliflərdən də imtina etdi. Yoxsa aldığı dəvətlərin sayı heç də az deyildi.  (sportinfo.az)

neftci-onu-gonderdi

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR