Onlayn ictimai-siyasi qəzet
Müğənni Sıla Yunanıstanın paytaxtı Afinadan ev alaraq həm media gündəminə, həm də Avropaya sərbəst gediş-gəliş fürsətinə çıxıb. Musavat.com xəbər verir ki, tanınmış sənətçi 800 min avro (təxminən 35 milyon türk lirəsi) dəyərində, 120 kvadratmetrlik mənzilə sahib olub.
İddialara görə, Sılanın Afinanı seçməsində əsas motiv “qızıl viza” (Golden Visa) proqramından yararlanmaqdır. Qeyd edək ki, Yunanıstanda müəyyən məbləğdə daşınmaz əmlak alan əcnəbilər bu proqram çərçivəsində viza məhdudiyyəti olmadan bütün Avropa ölkələrinə səfər edə bilirlər.
Bu addımı ilə müğənni, gələcəkdə Avropada daha rahat hərəkət etmək və orada yeni layihələrə imza atmaq imkanlarını da genişləndirmiş olur.
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ