Onlayn ictimai-siyasi qəzet
Arabesk musiqisinin güclü səslərindən olan Serkan Kaya ötən axşam İzmir şəhərində səhnəyə çıxıb.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Yeni Gazino" adlı məkanda çıxış edən Kaya iki saat boyunca mahnılarını səsləndirib.
Jurnalistlər İstanbulda çox az görünən sənətçiyə bununla bağlı sual verib.
Serkan Kaya isə deyib:
"Bunu ilk dəfə burada açıqlayıram: Artıq bir müddətdir ki, Antalyada yaşayıram. Ailəmlə birlikdə bir kənd evinə köçmüşəm və daha sakit, təbiət içində həyat tərzini seçmişəm".
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ