İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya 14 yaşlı azərbaycanlını terror aktında İTTİHAM EDİR - VİDEO

Sankt-Peterburqda 14 yaşlı azərbaycanlı yeniyetməyə qarşı terror aktı maddəsi ilə cinayət işi açılıb. 

Musavat.com xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, o, fəaliyyət göstərməyən polis idarəsinin binasını yandırmaqda ittiham olunur.

İstintaqın versiyasına əsasən, avqustun 2-də yeniyetmə Moskva meydanında yerləşən, fəaliyyət göstərməyən polis bölməsinin binasına "Molotov kokteyli" atıb.

Nəticədə binanın dam örtüyü yanıb. Hadisə zamanı xəsarət alan olmayıb, alov isə ərazidən keçən şəxslər tərəfindən söndürülüb.

İstintaq orqanlarının iddiasına görə, yeniyetmə yanğının fotosunu çəkərək hadisə yerindən uzaqlaşıb. Daha sonra o, saxlanılıb.

“Fontanka” nəşrinin və Rusiya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, saxlanılan şəxs dindirmə zamanı internetdə manipulyasiyaya məruz qaldığını bildirib. Onun sözlərinə görə, iyulun 28-də sosial şəbəkələrdə tanımadığı bir qızla tanış olub. Həmin şəxs ondan Sankt-Peterburqdakı məşhur məkanların geolokasiyalarını göndərməyi xahiş edib. Yazışmalar daha sonra silinib və əlaqə kəsilib.

Yeniyetmənin ifadəsinə görə, daha sonra naməlum bir şəxs onunla əlaqə saxlayaraq polis bölməsini yandırmağı təklif edib. Əvəzində ona 250 min rubl vəd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR