İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənninin konserti zamanı qorxulu anlar: Anidən səhnəyə çıxdı və... - VİDEO

19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı çərçivəsində Aksarayda təşkil olunan konsert proqramında səhnəyə çıxan məşhur müğənni Ece Seçkin minlərlə tamaşaçıya unudulmaz anlar yaşadıb.

Musavat.com xəbər verir ki, gecə boyu əyləncə və coşqu ilə keçən konsertdə bir anda təhlükəli anlar yaşanıb.

Konsert zamanı izləyicilərdən biri səhnəyə çıxaraq hər kəsi təəccübləndirib. Hadisə gözlənilmədən baş verdiyindən təhlükəsizlik əməkdaşları və müğənni daxil olmaqla, hər kəs bir anlıq təşvişə düşüb.

Hadisəyə dərhal müdaxilə edən Ece Seçkin ifasını dayandıraraq həmin şəxsə səslənib. Müğənni vəziyyətin nəzarət altına alınmasından sonra tamaşaçılardan üzr istəyərək konsertə davam edib. Ece Seçkinin sakit və anlayışlı yanaşması izləyicilər tərəfindən alqışla qarşılanıb.

Musavat.com

ECE 2

ece 6

ece 3

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR