Onlayn ictimai-siyasi qəzet
Moskvanın Neqlinnaya küçəsində həyata keçirdiyi bıçaqlı hücumdan sonra adam öldürməyə cəhddə ittiham olunan Vitali Kalaşov məhkəmə qarşısına çıxacaq.
Prokurorluq iş üzrə ittiham aktını təsdiqləyib. Yaxın vaxtlarda məhkəməyə göndəriləcək.
23 yaşlı Kalaşov kriminal aləmdə Şakro Molodoy kimi tanınan “qanuni oğru” Zaxariy Kalaşovun qardaşı oğludur.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2024-cü il dekabrın 30-na keçən gecə Neqlinnaya küçəsində yerləşən mağazaya girib və orada iki müştəri ilə mübahisə edib. Onlar bayıra çıxıblar və aralarında dava düşüb. Münaqişə zamanı Kalaşov qatlanan bıçağı çıxararaq 35 yaşlı rəqibinə bir neçə bıçaq zərbəsi vurub. O, xəstəxanaya yerləşdirilib.
Kalaşov gizlənib və sonradan axtarışa verilib. O, hüquq-mühafizə orqanlarının izinə düşməməsi üçün mobil telefonunu atıb və dəfələrlə yerini dəyişib, lakin məsuliyyətdən yayınmaq cəhdləri baş tutmayıb. Hüquq-mühafizə orqanları onu Balaşixada taparaq saxlayıblar./Lent.az
28 Iyun 2025
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ