İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin komitə sədrindən ilginc açıqlamalar

Ermənistanın baş naziri Paşinyana son aylarda, daxili təzyiqlər, eləcə də kilsənin ona qarşı bəyanatları, dövlət çevrilişinə hazırlıq və digər məsələlər, bir müddətlik də olsa, cinayət ittihamı məsələsini arxa planda qoyub. Onun açıqlamaları göstərir ki, bu gün əsas məqsəd daxili sabitliyə nail olmaqdır.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bunu Musavat.com-a açıqlamasında söyləyib.

arzu-oz-ela.jpg (44 KB)

Komitə rəhbərinin sözlərinə görə, çünki 2026-cı ildə gözlənilən parlament seçkilərində həm daxili auditoriyanı qazanmaq, həm də xarici maraqlı qüvvələrin müsbət səsini almaq şərtdir. A.Nağıyev Qafqaz uğrunda, o cümlədən Ermənistanla bağlı qərb və Rusiya arasındakı rəqabətə də diqqət çəkib: “Cənubi Qafqaz geosiyasi baxımdan hər zaman güc mərkəzlərinin diqqətində olub. Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı regionun Rusiyadan uzaqlaşmasını istəyir. Qərbə meyl edən Paşinyan formal olaraq balansı qorumağa çalışsa da, bu, Rusiyanı qane etmir. Rusiya Ermənistanın bu, çoxvektorlu siyasətini qəbul eləmir. Lavrovun son günlərdə Ermənistanla bağlı bəyanatları fonunda Rusiya-Ermənistan münasibətlərinə diqqət yetirsək, problemlərin nə qədər ciddi olduğunu görərik. Bəyanatda əsas məqam Ermənistanın Qərbə inteqrasiyası ilə bağlıdır və KTMT-nin üzvü kimi Ermənistanın Rusiyaya etimadının azalması vurğulanır. Eyni zamanda Ermənistanın Avropa İttifaqına meyli Fransa ilə tərəfdaşlığı daha da gücləndirir”. Komitə sədri bildirib ki, Aİ bu məsələdə Ukrayna-Rusiya müharibəsində Rusiyanın mövqelərinin zəifləməsindən də məharətlə istifadə edir: “Onlar Rusiyanın vasitəçi rolunda olmaması üçün birmənalı şəkildə əllərindən gələni edəcəklər. ABŞ-nin Cənubi Qafqazdakı mübahisələri həll etmək üçün vasitəçi kimi çıxış etmək cəhdi hazırda uğursuzluğa düçar olsa da, yenə də bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Öz maraqlarını nəzərə alan güc mərkəzləri Cənubi Qafqazda söz sahibi olmaq üçün Azərbaycan-Ermənistan arasında sülh məsələsinə konstruktiv baxış sərgiləyirlər. Hesab edirlər ki, bu iqtisadi və digər aspektlərdən müsbət tendensiya yarada bilər”.

f9e90369-3e41-3ca6-8675-b71c880b.jpg (128 KB)

A.Nağıyevin sözlərinə görə, Paşinyanın Türkiyə səfəri göstərdi ki, iki dövlət arasında münasibətləri düzəltmək üçün zamana ehtiyac var: “Paşinyan artıq başa düşür ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağın zamanıdır. Bu səfərin Birinci Qarabağ müharibəsindən sonra diplomatik əlaqələri kəsilən iki ölkə arasında münasibətlərə can verəcəyi istisna deyil. Rusiyanın Ermənistana göndərdiyi mesaj, istər KTMT məsələsi olsun, Türkiyənin xüsusi xidmət orqanları və Ermənistanla informasiya mübadiləsi əsas rol oynadı. Və o, bu gərgin vəziyyətdə Paşinyanın qələbəsi ilə bitdi. Yəni, istər Türkiyə-Azərbaycan münasibətlərini daha da inkişaf etdirmək, istərsə də daxili auditoriyanı qorumaq və saxlamaq, sülh müqaviləsinin imzalanması üçün çox mühüm addımdır. Paşinyan sülhə yaxınlaşmaq üçün kilsə, köçəryanlar, sərkisyanlar, daha dəqiq desək, Rusiyanın təzyiqlərindən qurtulmalıdır”. Millət vəkili hesab edir ki, yalnız bundan sonra sülh müqaviləsinin imzalanması üçün ciddi addımlar atıla bilər: “Azərbaycanın bu mövzudakı konkret tələbləri artıq hər kəsə məlumdur. Media resurslarının verdiyi məlumata görə, yaxın zamanda Dubayda İlham Əliyevlə Paşinyanın görüşü nəzərdə tutulur. Bu gün ən güclü format iki dövlət arasında sülh mübadiləsinin imzalanması üçün dəyirmi masanın yaradılmasıdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR