İnsanlara hürriyət, millətlərə istiqlal!

Misirdə qəzaya düşən azərbaycanlıların vəziyyəti ilə bağlı XİN-dən Açıqlama  

Xəbər verdiyimiz kimi, Misirin şərqində, Ras-Sidr şəhəri yaxınlığında baş vermiş avtobus qəzasında üç azərbaycanlı turist də daxil olmaqla azı 41 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

“Cairo24” telekanalının məlumat görə, Rusiya, Qazaxıstan və Ukraynadan olan turistlər də xəsarət alıblar. Yaralılar artıq xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır(report).

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Musavat.com-a qəzaya düşən azərbaycanlılarla bağlı açıqlama verib:

"Misirdə avtomobil qəzasına düşmüş azərbaycanlı ailə (3 nəfər) ilə Misirdəki Səfirliyimiz tərəfindən əlaqə saxlanılıb. Qeyd edək ki, həmvətənlərimiz yüngül xəsarət alıblar. Vəziyyətləri yaxşıdır. Artıq mehmanxanadadırlar və heç bir şikayətləri yoxdur".

Nigar HƏSƏNLİ,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

14 May 2025

BÜTÜN XƏBƏRLƏR