İnsanlara hürriyət, millətlərə istiqlal!

Modi Trampa “vasitəçiyə ehtiyacımız yoxdur” deyib, dəvətini qəbul etmədi

ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modiyə zəng vurub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı jurnalistlərə Hindistanın xarici işlər nazirinin birinci müavini Vikram Misri açıqlayıb. Onun sözlərinə görə, Modi danışıq zamanı Pakistanla Kəşmir məsələsini həll etmək üçün Yeni Dehlinin vasitəçiliyə ehtiyacı olmadığını vurğulayıb.

Modi ilə Tramp arasında söhbət 35 dəqiqə davam edib. Misrinin sözlərinə görə, Hindistanın baş naziri ABŞ prezidentinə bildirib ki, Hindistan Pakistanla Kəşmir məsələsini həll etmək üçün üçüncü tərəfin vasitəçiliyinə ehtiyac duymur: "Baş nazir Modi vurğulayıb ki, Hindistan heç vaxt vasitəçiliyə razı olmayıb, indi də qəbul etmir və etməyəcək. Bu məsələdə tam siyasi yekdillik var".

Tramp həmçinin Kanadadan Yeddilik Qrupu (G7) sammitində iştirak edib gedən Modini Vaşinqtona baş çəkməyə dəvət edib, lakin Hindistanın baş naziri əvvəllər razılaşdırılmış cədvəlinə görə bunu edə bilməyib; Onlar yaxın vaxtlarda görüşmək barədə razılığa gəliblər.

Modi də öz növbəsində Trampı Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) sammitində iştirak etmək üçün Hindistana dəvət edib. Misrinin dediyinə görə, dəvəti qəbul edən prezident Tramp Hindistana gəlməkdən məmnun olacağını söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR