İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova prezidenti: “Rusiya parlament seçkilərinə müdaxiləyə hazırlaşır”

Moldova prezidenti Maya Sandu Rusiya tərəfindən ölkənin daxili işlərinə müdaxilə riskinin artdığını bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə “NewsMaker” saytı məlumat yayıb.

Prezidentin sözlərinə görə, Kreml qarşıdan gələn parlament seçkilərinə təsir göstərmək məqsədilə bir neçə siyasi layihəyə sərmayə qoyur və bu layihələr vahid mərkəzdən idarə olunur.

“Bu layihələrin əksəriyyəti İlan Şorun cinayətkar sxemləri vasitəsilə maliyyələşdirilir. Bu bizi qorxutmamalıdır, əksinə, səfərbər etməlidir”, - deyə Sandu bildirib.

O əlavə edib ki, Rusiyanın müdaxiləsi ölkənin ictimai sabitliyi və milli təhlükəsizliyi üçün ciddi risklər yaradır və ən əsası, Moldovanın suverenliyini və Avropanın gələcəyini ciddi şəkildə təhlükə altına ala bilər.

Prezident vurğulayıb ki, dövlət qurumları bu təhdidlərə qarşı nə etməli olduqlarını yaxşı bilirlər və müvafiq tədbirlər görülür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR