Onlayn ictimai-siyasi qəzet
Müğənni Murad Arif sosial media hesabında Xalq artisti Aygün Kazımova ilə bağlı maraqlı paylaşım edib.
Musavat.com xəbər verir ki, Murad Arif “Ordan-burdan” rubrikasına çərçivəsində Xalq artisti ilə yazışmasını izləyicilər ilə bölüşüb. Yazışmadan bəlli olub ki, sənətçi A.Kazımovaya yeni bəstələdiyi mahnını göndərib. Xalq artistinin bəstəyə heyranlıq dolu reaksiyası diqqət çəkib.
Murad Arif tez zamanda Xalq artisti ilə studiyaya girəcəklərinin də anonsunu verib.
Qeyd edək ki, Aygün Kazımova ilə Murad Arifin “Çalxala” dueti illərdir ki, öz birinciliyini qoruyur. “Çalxala”nın sözləri və musiqisi Murad Arifə məxsusdur.
Könül
Musavat.com
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ