Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın Macarıstana neft nəql edən boru kəmərinə hücumunu şərh edib.
Musavat.com xəbər verir ki, Zaxarova bu barədə öz Telegram kanalında paylaşım edib.
“Ukrayna artıq heç nədən çəkinməyəcək. Rusiya dəfələrlə Kiyev rejimini bəsləməyin təhlükəsi barədə xəbərdarlıq etmişdi”, – deyə Rusiya XİN sözçüsü qeyd edib.
Onun sözlərinə görə, Qərbin Ukraynaya dəstəyi region üçün yeni risklər yaradır.
Musavat.com
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ