Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onun iyulun 7-də Ağ Evdə ABŞ prezidenti Donald Trampla danışıqlar aparması nəzərdə tutulur.
Associated Press xəbər agentliyi, həmçinin Axios-un müxbiri Barak Ravidin yaydığı məlumata görə, Amerika və İsrail liderləri arasında gözlənilən görüşün gündəliyi hələlik təfərrüatlı şəkildə açıqlanmayıb. Bununla belə, tərəflərin ilk növbədə İran və Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.
Musavat.com
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ