İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigardan Fahree-nin boykot çağırışına etiraz!

Avroviziya qalibimiz Nigar Camal ötən ilki təmsilçimiz Fahree-nin boykot çağırışına cavab verib.

Musavat.com xəbər verir ki, Nigar Fahree-nin çağırışının düzgün olmadığını bildirib:

“Sadəcə finala keçə bilmədiklərinə görə “Eurovision”u boykot etməyə çağırmaq – bu, yumşaq desək,ciddiyə alınası bir davranış deyil. Dünyanın ən böyük musiqi müsabiqəsidir və ümumiyyətlə orada iştirak etmək özü bir şərəfdir. Finala keçmədiniz? Baş düşüləndir…Olur. Boykota çağırmaq əvəzinə, daha yaxşı olar ki, gələn dəfə mütləq finala keçmək üçün təqdimatı necə yaxşılaşdırmaq barədə düşünəsiniz. Konstruktivtənqid və səhvlər üzərində işləmək daha çox fayda gətirir, inanın mənə.
“Mamagama” uşaqları çalışdılar, amma çox təəssüf!”.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

22 May 2025

BÜTÜN XƏBƏRLƏR