İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onun haqqında danışmaq hər adamın başı üçün deyil"

Müğənni Kəmalə Qaramollayeva qalmaqallı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, Sərxan Kərəmoğlunun məşhur bəstəkar, təşkilatçı və prodüser Asif Kərimova atmacasına sərt reaksiya verib.

"Asif Kərimovun haqqında danışmaq hər insanın başı üçün deyil. Onun bu sənətdə çox böyük əziyyətləri olub. Özüm də onunla çalışıram. Məndə Beyons potensialı olduğunu hiss edir, daha yüksək yerlərdə görmək istəyir. O proyektlər var ki onların arxasında çox şeylər var nələri qurban vermək lazımdır. Asif Kərinmov mümkün olanları edib. Sərxan bu məsələdə haqsızdır".

Daha sonra Sərxan Kərəmoğlu canlı efirə zəng vuraraq Kərimovun ünvanına səsləndirdiyi sözlərinə görə üzr istəyib.

Buna baxmayaraq, o, Kəmalənin "Azəri star" yarışması zamanı məşhurluq statusuna çatdığını və həmin zaman onu Tv kanala görmək üçün insanların gəldiyini sitat gətirərək, Asif Kərimovun Kəmaləni sıfırdan yaradıb ulduz etmədiyi fikrinin üstündə durub.

Xatırladaq ki, K. Qaramollayeva 5 ildir Asif Kərimovla çalışır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR