İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onun sayəsində musiqiyə aşiq oldum” – Emin Ağalarov

Xalq artisti Emin Ağalarov sosial media hesabında mərhum babası İosif Yevgenyeviç Qril ilə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, arxiv fotolarından hazırlanmış video paylaşan Emin "Babamı yad edirik" deyə qeyd edib.

Videoda E. Ağalarovun anası atası haqqında hisslərini bölüşüb:

"Ata, bu gün sənin ad günündür. Təbii ki, səni hər zaman xatırlayacağıq. Sən yaraşıqlı, savadlı, maraqlı insan idin. Çox oxuyurdun və çox bilgili idin. Səninlə hər zaman söhbət etmək maraqlı idi. Sən hər zaman oğlunun olmasını arzu edirdin. Ona görə də ailəmizə qatılan 2 bəyi övladın kimi sevdin. Sonra yollarımız ayrıldı. Amma sən bizim xatirəmizdə qaldın - yaraşıqlı, mavi gözlü, ağıllı və hər kəs tərəfindən sevilən…"

Qeyd edək ki, Emin Ağalarov daha öncə babası haqqında bu sözləri demişdi:

"O, mənim üçün həmişə nümunə olub və olacaq. Müdrik, düşüncəli, məqsədyönlü, inanılmaz dərinliyə malik insan. Onun sayəsində musiqiyə bu qədər aşiq oldum. Xatırlayıram və sevirəm".

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR