İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistandan kiberdələduzlara ciddi maneə - köçürmələr blok ediləcək

Özbəkistanda şübhəli köçürmələri izləmək üçün xüsusi qrup yaradılacaq - fırıldaqla əlaqəli bank kartları hətta xaricə vəsait göndərilməzdən əvvəl bloklanacaq.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev kiber fırıldaqçılıqla mübarizə üçün işçi qrupunun yaradılmasını nəzərdə tutan sənədi imzalayıb. Bu qrup real vaxt rejimində maliyyə köçürmələrinə nəzarət edəcək və lazım gələrsə, cinayət sxemlərində iştirakda şübhəli bilinən kartları dərhal bloklayacaq. Buraya Mərkəzi Bankın, Daxili İşlər Nazirliyinin və ödəniş sistemlərinin əməkdaşları daxil olacaq.

Yeniliyin məqsədi oğurlanmış vəsaitlərin xaricə köçürülməsinin qarşısını almaq və zərərçəkənlərə qaytarılmasını sürətləndirməkdir.

İmzalanmış sənədə əsasən, məlumat sızmasına görə məsuliyyəti banklar və ödəniş xidmətləri daşıyacaq. Bu cür sızmalar nəticəsində müştərilər zərər görsə, təşkilatlar təzminat ödəməli olacaqlar.

Fırıldaqçılıq etmək üçün bilə-bilə kartlarına, pul kisələrinə və ya hesablarına giriş imkanı verənlər üçün də məsuliyyət tətbiq edilir. Ölkə zəif təhlükəsizlik səbəbindən məlumatların sızmasına və ya sındırılmasına icazə vermiş maliyyə qurumlarının “qara siyahı”sını yaradacaq. O, ictimaiyyətə təqdim olunacaq.

Bütün ödəniş operatorlarından saxta nömrələrdən gələn zəngləri bloklamaq da daxil olmaqla qabaqcıl təhlükəsizlik sistemlərini tətbiq etmələri tələb olunacaq. Kibercinayətlərin təhqiqatına nəzarəti gücləndirmək üçün prokurorluq nəzarəti də genişləndiriləcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR