İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanın Baş naziri Azərbaycana yola düşdü – Xankəndiyə gəlir (VİDEO)

Pakistanın Baş naziri Şahbaz Şərif rəsmi səfərlə Azərbaycana gəlir. İki gün davam edəcək səfər çərçivəsində o, Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısında iştirak edəcək.

Musavat.com xəbər verir ki, səfərdə Baş naziri bir sıra yüksək rütbəli rəsmilər müşayiət edir. Onların arasında Pakistanın xarici işlər naziri və Baş nazirin müavini Məhəmməd İshaq Dar, informasiya və yayım naziri Attaullah Tarar, eləcə də xüsusi köməkçi Tarik Fatemi yer alır.

Səfər çərçivəsində Şahbaz Şərifin sammitə qatılan digər ölkə rəhbərləri ilə ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır. Görüşlərdə regional əməkdaşlıq, iqtisadi inteqrasiya və ticarət məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR