Onlayn ictimai-siyasi qəzet
İspaniyanın nüfuzlu "Periodista Digital" nəşrinin yazdığına görə, Ermənistan baş naziri Nikol Paşinyan ABŞ və Azərbaycanla birlikdə "Tramp Körpüsü" adlı nəqliyyat layihəsinə dair məxfi memorandum imzalayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, iddia olunan sənədə əsasən, Ermənistanın Sünik vilayətindən keçəcək 42 km-lik tranzit dəhlizi yaradılır və bu dəhliz ABŞ-ın xüsusi lisenziyalı özəl şirkəti tərəfindən idarə olunacaq.
Nəşrin məlumatına görə:
Ermənistan rəsmi suverenliyini qorusa da, dəhlizə nəzarət 99 il müddətinə ABŞ şirkətinə verilir;
Gəlirin 40%-i ABŞ şirkətinə, yalnız 30%-i isə Ermənistana çatacaq;
Dəhlizin təhlükəsizliyini təxminən 1000 nəfərlik ABŞ-ın özəl hərbi şirkətinə məxsus qüvvələr təmin edəcək;
Bu, faktiki olaraq ABŞ-ın Ermənistan ərazisində hərbi iştirakı deməkdir.
Materialda qeyd olunur ki, layihənin əsas məqsədi Azərbaycanı Naxçıvanla birləşdirmək və İran-Ermənistan sərhədində ABŞ-ın mövcudluğunu təmin etməkdir. Bu isə ABŞ-ın İrana təzyiq strategiyasının bir hissəsi hesab edilir.
Sayta görə, bu təşəbbüs Fransanın və Avropa İttifaqının bölgədəki rolunu sıfırlayır.
Musavat.com
25 Iyul 2025
24 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ