İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtda narkotik satan qardaşlar TUTULDU

Paytaxtda narkotiklərin satışı ilə məşğul olan qardaşlar saxlanılıb.

Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Yusif Əliyev və qardaşı 33 yaşlı İlkin Əliyev saxlanılıb. Onların avtomobil və evlərinə baxış zamanı 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.

Araşdırmalarla onların narkotikləri satış məqsədilə əldə etdikləri məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR