İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon və FTB İran zərbələri ilə bağlı informasiya sızmasını araşdırır – Ağ Ev narazıdır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Federal Təhqiqat Bürosu (FTB) ABŞ-ın İrana endirdiyi hava zərbələri ilə bağlı məlumatların mediaya sızması faktını araşdırmağa başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset məlumat verib.

Heqsetin sözlərinə görə, zərbələr nəticəsində dəyən ziyanın qiymətləndirilməsinə dair informasiya yalnız daxili istifadə üçün nəzərdə tutulmuşdu. “Bu məlumatlar zərərin səviyyəsini qiymətləndirmək üçün hazırlanmışdı. CNN və digər media qurumları isə bu məlumatları şişirdərək prezident haqqında mənfi rəy yaratmağa çalışırlar,” – deyə o bildirib.

Heqset əlavə edib ki, sözügedən hərbi əməliyyat “möhtəşəm uğurla” həyata keçirilib və onun nəticələri strateji baxımdan “kolossal əhəmiyyət daşıyır”.

Hazırda istintaqın detalları açıqlanmasa da, ABŞ rəhbərliyi məlumat sızmalarına qarşı sərt mövqe sərgiləyəcəyini bəyan edib. Təhlükəsizlik ekspertləri bu cür sızmaların gələcək əməliyyatlara və milli maraqlara ciddi təsir göstərə biləcəyini vurğulayırlar.

 Musavat.com

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR