Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanla bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, o, Moskvanın Bakının Ukrayna məsələsində tutduğu mövqeyi yaxşı bildiyini deyərək, bu məsələdə iki ölkə arasında ciddi fikir ayrılığı olduğunu açıq şəkildə bəyan edib.
“Rusiyaya Azərbaycan rəhbərliyinin Ukrayna məsələsinə dair mövqeyi məlumdur. Bu məsələdə fikirlərimiz üst-üstə düşmür”, – deyə Peskov bildirib.
Bununla belə, Kremlin sözçüsü vurğulayıb ki, Ukrayna ilə bağlı bu fikir ayrılığı iki ölkə arasında münasibətlərin istiləşməsinə əngəl olmamalıdır. O, ümid etdiklərini bildirib ki, Azərbaycanla soyuqluq mərhələsi arxada qalacaq və dialoq davam etdiriləcək.
Peskovun bu fikirləri Kremlin Azərbaycanla münasibətlərə yenidən diqqət verdiyini və fikir ayrılıqlarına baxmayaraq, Bakı ilə əməkdaşlıq xəttini saxlamaq istədiyini göstərir.
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ