Onlayn ictimai-siyasi qəzet
"YouTube" platformasının alqoritmləri siyasi məzmun izləyən istifadəçiləri tədricən daha xoşbəxt və əyləncəli videolara yönəldir.
Musavat.com xəbər verir ki, bu nəticə Arkansas Universitetinin Litl-Rok kampusu ilə İnformasiya Texnologiyaları İnnovasiya Mərkəzinin apardığı birgə tədqiqatdan sonra ortaya çıxıb.
Tədqiqat çərçivəsində alimlər 685 mindən çox videonu analiz ediblər. Onlar müəyyən ediblər ki, "YouTube" xüsusilə shorts bölməsində istifadəçilərə mübahisəli siyasi mövzularla yanaşı, daha çox neytral və pozitiv məzmunu tövsiyə edir.
Tədqiqatçılar hesab edirlər ki, bu strategiya istifadəçilərin diqqətini gərgin və ziddiyyətli mövzulardan yayındırmaq məqsədi daşıyır. Alqoritmlər bir növ görünməz şəkildə istifadəçini siyasi diskursdan uzaqlaşdıraraq daha rahat və əyləncəli kontentə yönəldir.
Ekspertlər bu yanaşmanın həm müsbət, həm də mənfi tərəflərinin olduğunu qeyd edirlər. Bir tərəfdən, bu, istifadəçilərin psixoloji rifahını qoruya bilər. Digər tərəfdən isə, bu, ictimai-siyasi maariflənmənin qarşısını ala bilər.
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ