İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya hakimiyyəti bədəvilərin Əs-Suveydadan təxliyəsinə başlayıb

Suriya Daxili Təhlükəsizlik Qüvvələrinin xüsusi təyinatlıları Əs-Suveyda şəhərinin druz özünümüdafiə dəstələri tərəfindən girov götürülən sakinlərin çıxarılması əməliyyatının ikinci mərhələsinə başlayıb.

Musavat.com xəbər verir ki, məlumatı SANA agentliyi yayıb. Bildirilir ki, bu dəfə əməliyyatı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının idarəsinin əməkdaşları həyata keçirir.

Əməliyyat çərçivəsində yerli silahlı qruplar arasında toqquşmaların başladığı iyulun 13-dən əsir götürülən bədəvi ailələrini aparmaq üçün avtobus kolonu şəhərə daxil olub. İyulun 21-də 1500 nəfər Əs-Suveydadan təxliyyə edilərək Bosra əl-Hərir şəhərindəki keçid məntəqəsi vasitəsilə qonşu Dəra əyalətinə aparılıb.

Suriya Qəbilə Şurasının rəhbəri Şeyx Madər Həməd əl-Əsəd “Asharq al-Awsat” qəzetinə bildirib ki, sakinlərin köçürülməsi müvəqqəti xarakter daşıyır. O, təxliyə edilən vətəndaşların ailələrinin yaşadığı evlərin “dağıdılıb, yandırılıb və talan edildiyini” deyib. Şeyxin sözlərinə görə, Əs-Suveyda əhalisinin 30 faizini ərəb qəbilələrindən olanlar, 10 faizini xristianlar, 60 faizini isə druzlar təşkil edir.

Bundan əvvəl Suriya Daxili İşlər Nazirliyinin nümayəndəsi Nurəddin əl-Baba vəziyyətin gərginləşməsi ilə əlaqədar bu cənub əyalətini tərk etmək istəyən bütün mülki şəxslərin Əs-Suveydadan çıxarılacağını bildirmişdi. Gələcəkdə hakimiyyət onların sağ-salamat evlərinə qayıtmasını təmin edəcəyinə söz verir.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR