Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsinin Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqə yaradacaq strateji dəmir yolu layihəsi üçün 2,4 milyard avro məbləğində xarici maliyyə cəlb etdiyini açıqlayıb.
Nazirin sözlərinə görə, bu maliyyə Qars–İğdır–Aralıq–Dilucu dəmir yolu xəttinin inşasını da əhatə edir. Layihənin reallaşması ilə Şərqi Anadolu bölgəsi birbaşa Asiya ilə dəmir yolu vasitəsilə bağlanacaq və bu xətt eyni zamanda Türkiyə ilə Naxçıvanı birləşdirəcək.
Qeyd olunur ki, bu dəmir yolu xətti Zəngəzur dəhlizi ilə paralel və ya tamamlayıcı rol oynayacaq, Azərbaycanın qərb rayonları ilə Türkiyə arasında alternativ quru və dəmir yolu bağlantısı yaradacaq. Layihə həm logistika, həm də geosiyasi inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır.
Musavat.com
23 Iyul 2025
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ