İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı prezident Məsud Pezeşkian İrəvana gəldi, belə qarşılandı - VİDEO

 

Musavat.com xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian artıq İrəvanda iki günlük rəsmi səfərdədir. Bu, onun dövlət başçısı kimi Ermənistana ilk səfəridir. Prezident Pezeşkianı paytaxtın Zvartnots hava limanında Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb. Mher Qriqoryan Türkiyə ilə danışıqlarda Paşinyan hökumətini təmsil edir. O, türkcə danışa bilir.

Məsud Pezeşkianın şəxsiyyəti bu səfərə ayrıca məna qazandırır. Çünki o, kökəncə azərbaycanlıdır və özünü türk olaraq fəxrlə təqdim edir. Hətta seçki kampaniyası dövründə də bu kimliyini açıq şəkildə qabardaraq dəstək qazanmışdı. Azərbaycan türklərinin İran dövlətinin başında olması gerçəyi təkcə daxili siyasi məna daşımır, həm də region ölkələri üçün ciddi mesajdır.

Xüsusi diqqət çəkən məqam odur ki, Pezeşkian prezident seçildikdən sonra ilk xarici səfərlərindən birini məhz Bakıya edib və burada Prezident İlham Əliyevlə görüşüb. Bu görüşün nəticələri çox müsbət olmuş, Azərbaycan-İran münasibətlərində yeni mərhələnin əsasını qoymuşdu.
Daha sonra onun Qarabağ səfərini də məmnuniyyətlə gördük.
İndi isə onun İrəvana səfəri həm erməni cəmiyyəti, həm də dünya üçün simvolik məna daşıyır: Ermənilər qarşılarında sıradan bir dövlət başçısını deyil, Azərbaycanlı, Türk və Azərbaycanı sevən bir lideri görürlər.

Pezeşkianın İrəvanda ehtiramla qarşılanması, ona yüksək diqqət göstərilməsi əslində Azərbaycanın bölgədəki gücünün və nüfuzunun göstəricisidir. Çünki Ermənistan da, dünya da yaxşı bilir: İranın başında duran şəxs bir azərbaycanlıdır. Bu fakt təkcə Ermənistan üçün deyil, bütün region üçün mühüm siyasi reallıqdır.

Musavat.com

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR