Onlayn ictimai-siyasi qəzet
Bu gün İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında Moskvanın hansı tələblərlə çıxış etdiyi aydınlaşır.
Musavat.com “Reuters”ə istinadən xəbər verir ki, 2022-ci ildən bəri Ukrayna ilə ilk birbaşa danışıqlarda Rusiya tərəfi Kiyevə müharibəni dayandırmaq üçün qeyri-real tələblər irəli sürüb.
Məlumata görə, Ukrayna diplomatik mənbəsi “Reuters”ə Moskvanın İstanbuldakı tələblərinin qeyri-real və “əvvəllər müzakirə edilənlərdən çox kənara çıxan” olduğunu deyib.
Bildirib ki, Rusiya Kiyevdən bir hissəsini ilhaq etdiyi bütün Ukrayna vilayətlərinin qalan hissəsindən qoşunlarını tamamilə çıxarmasını atəşkəs üçün əsas şərt kimi irəli sürüb.
Qeyd edək ki, ABŞ, Avropa İttifaqı və Ukrayna 30 gün müddətində cəbhə xəttində şərtsiz atəşkəs təklif etsələr də, Putin İstanbulda danışıqlar ideyasını irəli sürüb. Danışıqlarda isə göründüyü kimi, atəşkəs üçün qeyri-real şərt qoymaqla faktiki olaraq onu qəbul etmədiyini nümayiş etdirib.
Musavat.com
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ