İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın ən böyük Atom Elektrik Stansiyası PARTLADILDI - VİDEO

Almaniyada ölkənin ən böyük Atom Elektrik Stansiyası olan "Gundremmingen" AES-in iki 160 metrlik soyutma qülləsi partladılıb. Bu, 2021-ci ildə dayandırılmış stansiyanın söküntü prosesində ilk mühüm mərhələdir.

Musavat.com xəbər verir ki, partlayış yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 14:00) baş verib.

Yerli NiUS portalının məlumatına görə, bu, Almaniyada nüvə enerjisi dövrünün sonu və yeni enerji erası başlanğıcını simvolizə edir.

Lakin bəzi ekspertlər və sosial şəbəkə istifadəçiləri bu addımı iqtisadi baxımdan məqsədəuyğun hesab etmirlər.

Qeyd edək ki, "Gundremmingen" AES 1967-ci ildə istifadəyə verilib, son enerji bloku isə 2021-ci ildə dayandırılıb. Stansiyanın tam söküntüsünün 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR