İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin qoxulu” şamların satışı başladı - FOTO

Rusiyanın ən böyük onlayn ticarət platformalarından biri olan “Wildberries”də “Putin qoxulu” aromatik şamlar satışa çıxarılıb.

Bu şamlar 546 rubl endirimli qiymətlə təklif olunur və onları “yaxınlarınıza hədiyyə etmək” və ya “otağı 30 dəqiqəyə ətirlə doldurmaq” üçün meditasiya zamanı istifadə etmək tövsiyə edilir.

Hazırda satışda “Aroma Putin Black Vanilla” və “Aroma Putin Dark Amber” adlı iki ətir mövcuddur.

Musavat.com xəbər verir ki, bu məhsul barədə “The Moscow Times” nəşri özünün “Telegram” kanalında məlumat yayıb.

Şamların satıcısı “Ex-market” adlı yerli şirkətdir. Şirkət bu məhsulu “əzizlərinizi sevindirmək üçün hədiyyə” kimi təklif edir. Endirimsiz qiymət isə 780 rubldur.

Məhsul qablaşdırmasındakı etiketi nəzərə alsaq, şamların istehsalçısı da elə “Ex-market”in özüdür.

Məlumata görə, şamlar ümumilikdə 25 saata qədər yanır.

Lakin satış səhifəsindəki aktivlikdən belə görünür ki, hələlik “Putin qoxulu” şamlara xüsusi tələbat yoxdur. Belə ki, məhsul barədə heç bir rəy, qiymətləndirmə və ya şərh yoxdur.

“Ex-market” eyni zamanda digər “vətənpərvərlik şamları” da təklif edir. Onların arasında “Rusiya: İmperiya RF simvolikası”, “Bizimkiləri dəstəkləyək!” (Z simvolikası ilə), “Vətənpərvərlik ətri” (dağıdılmış Ukrayna şəhərləri fonunda rus əsgərlərinin təsviri ilə) adlı məhsullar var. Həmçinin “Rusiyanın estetikası ətri” adlı, “Magnificently Dubai” qoxulu və “xruşşovka” binalarının təsvir edildiyi şamlar da satışdadır.

Qeyd edək ki, “Wildberries” 2004-cü ildə yaradılıb, Rusiyanın iri onlayn ticarət platformasıdır. Açıq mənbələrə əsasən, bu sayt Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Türkiyə, Özbəkistan, Azərbaycan və Gürcüstanda fəaliyyət göstərir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR