Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında münaqişənin həllində vasitəçi kimi iştirak etməyə hazır olmasını yüksək qiymətləndirir.
Musavat.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
"Putin, Tramp və Zelenski arasında mümkün görüş ciddi və uzunmüddətli diplomatik hazırlıq nəticəsində baş tuta bilər. Belə bir zirvə yalnız artıq razılaşdırılmış mövqelər əsasında təşkil oluna bilər", – deyə Peskov bildirib.
Kremlin bu açıqlaması, Trampın prezidentliyi dövründə Moskva ilə Vaşinqton arasında münasibətlərdə mümkün yeni səhifənin başlana biləcəyinə dair ehtimalları gücləndirib.
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ