Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığının iki saatdan çox davam etdiyini bildirib.
Musavat.com xəbər verir ki, o, bu barədə jurnalistlərə danışıb: “Söhbət baş tutub və iki saatdan çox davam edib. Bu, çox informativ və çox səmimi idi və ümumilikdə, mənim fikrimcə, bu baxımdan çox faydalı idi”.
Putinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp söhbətində atəşkəslə bağlı mövqeyini bildirib: “İlk növbədə, mən ABŞ prezidentinə hələ 2022-ci ildə Ukrayna tərəfinin kəsdiyi danışıqların bərpası, Rusiya və Ukrayna arasında sülh sazişinin mümkün bağlanması ilə bağlı birbaşa danışıqların bərpasında ABŞ-ın dəstəyinə görə təşəkkür etdim. ABŞ prezidenti hərbi əməliyyatların dayandırılması, atəşkəslə bağlı öz mövqeyini bildirib”.
Rusiya prezidenti Trampla söhbəti yüksək qiymətləndirib: “Bir daha vurğulamaq istərdim ki, söhbət çox konstruktiv keçdi və mən bunu yüksək qiymətləndirirəm”.
Putin qısa olaraq qeyd edib ki, Rusiya Kiyevlə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazırdır.
Atəşkəslə bağlı isə Rusiya lideri yenə şərtlər irəli sürüb: “Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdə mümkündür”
Putin bildirib ki, Peskov və ya Uşakov daha sonra Trampla söhbətin təfərrüatlarına aydınlıq gətirəcəklər.
Musavat.com
20 May 2025
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ