İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: “Trampla görüşə hazıram, Ukrayna ilə danışıqlara da…” – Rusiya liderindən Qərbə qəribə mesajlar

Rusiya prezidenti Vladimir Putin beynəlxalq gündəmin mərkəzinə çevrilən çıxışı zamanı bir sıra vacib və rezonans doğuran açıqlamalarla çıxış edib.

Musavat.com xəbər verir ki, Putin həm ABŞ prezidenti Donald Trampla mümkün görüş barədə danışıb, həm də Qərbin sanksiya siyasəti, NATO-nun genişlənməsi və Ukrayna ilə sülh danışıqları haqqında fikirlər səsləndirib.

Putin bildirib ki, o, ABŞ prezidenti Donald Trampa böyük hörmətlə yanaşır və Ukrayna böhranında Trampın sülh yaratmaq səylərinin səmimi olduğuna inanır:

“Biz Trampla görüşə hazırıq. Buna hazırlıq lazımdır. Mən prezident Trampa böyük hörmət bəsləyirəm və hesab edirəm ki, onun Ukraynada sülh yaratma səyləri səmimidir”.

Bu açıqlama iki nəhəng dövlət arasında yeni bir diplomatik kanalın açılacağına işarə kimi qiymətləndirilir.

Putin Ukrayna ilə sülh danışıqları məsələsinə də toxunaraq bildirib ki, Moskva üçüncü raund müzakirələrinə hazırdır. O, əlavə edib ki, Rusiya Ukraynaya daha 3 min ukraynalı əsgərin cəsədini təhvil verməyə də hazırdır.

“Savaşın səbəbi NATO-nun vədi pozmasıdır”

Rusiyanın Ukraynaya qarşı başlatdığı “Xüsusi Hərbi Əməliyyat”ın səbəbləri barədə danışan Putin NATO-nun şərqə doğru genişlənməməsi ilə bağlı vaxtilə Rusiyaya verilmiş vədin pozulmasını əsas amil kimi göstərib:

“Təcavüzkar Rusiya deyil, Qərbdir. Onlar bizə NATO-nun genişlənməyəcəyi ilə bağlı vədlər verdilər, amma bu vədləri pozdular”.

Putin Qərbi militarist isterika və iqtisadi çökmə ilə ittiham edib. Onun fikrincə, Rusiyanı zəiflətmək məqsədilə tətbiq olunan sanksiyalar əslində Avropa ölkələrinin özlərinə daha çox zərər verir:

“Qərbdə özləri tezliklə can verəcək, amma bizi dəfn etməyə çalışırlar. Almaniya və Fransa iqtisadi tənəzzül həddindədir. Sanksiyalar nə qədər çox olsa, onları tətbiq edənlər üçün bir o qədər pisdir. Bu, bütün Avropaya aiddir”.

Putin əlavə edib ki, Rusiya “Xüsusi Hərbi Əməliyyat”ın uğurla başa çatmasına uyğun şəkildə maliyyə və hərbi xərclərini planlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR