Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin etiraf edib ki, o, həmişə hakimiyyətdəki varisi haqqında düşünür, lakin seçim xalqın ixtiyarındadır. “Ölkə vətəndaşlarının bu etimadını qazana biləcək bir şəxs, daha yaxşısı, bir neçə nəfər meydana çıxmalıdır”, - dövlət başçısı qeyd edib.
Musavat.com xəbər verir ki, xələflə bağlı sualı jurnalist Pavel Zarubin müsahibə zamanı soruşub. Putin etiraf edib ki, o, daim potensial varis namizədləri axtarır və onların keyfiyyətlərini qiymətləndirir. “Hesab edirəm ki, ölkə vətəndaşlarının bu etimadını qazana biləcək bir şəxs, daha yaxşısı, bir neçə nəfər meydana çıxmalıdır.
Dövlət başçısı qeyd edib ki, təbii ki, müxtəlif seçki texnologiyaları var və s. Amma əgər namizədə xalqın etimadı yoxdursa, o zaman belə adam ciddi bir iş görə bilməz. Putin onun varisi ola biləcək konkret şəxslərin adını çəkməyib.
Rusiya lideri 2018-ci ildə də NBC telekanalına müsahibəsində varisin keyfiyyətlərindən danışıb. Onun sözlərinə görə, namizəd təcrübəli, ölkə üçün məsuliyyət daşımağa hazır şəxs olmalıdır. 2019-cu ildə Putin “Financial Times” qəzetinə demişdi ki, 2000-ci ildən bəri dövlət başçısı kimi öz varisi haqqında həmişə düşünüb. “Vəziyyət dəyişir, insanlar üçün müəyyən tələblər də dəyişir: “Son nəticədə qərarı Rusiya xalqı verməlidir”, - Rusiya lideri əlavə edib.
2021-ci ildə CNBC jurnalisti Putindən varisi haqqında nə düşündüyünü soruşmuşdu. O zaman Rusiya prezidenti suala cavab verməyib və belə söhbətlərin ölkəıdəki sabitliyə ziyan vurduğunu deyib. “Vəziyyət sakit və sabit olmalıdır ki, bütün hakimiyyət orqanları, bütün dövlət strukturları inamla işləsin, gələcəyə sakit baxsın”.
Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov növbəti prezidentin necə olacağı ilə bağlı sualı cavablandırarkən, bu vəzifəni rusların səs verdiyi şəxs tutacağını bildirib. O əlavə edib ki, Putin bir gün şübhəsiz ki, varis kimi kiməsə göstərəcək.
Xələf haqqında şayiələr uzun müddətdir ki, dolaşır, hətta bəzi adlar çəkilib. Putini əvəz edə biləcək namizədlər arasında kimlər yoxdur ki? Baş nazir Mixail Mişustin, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Moskva meri Sergey Sobyanin, Nikolay Patruşevin baş nazirin müavini olan oğlu Dmitri Patruşev, Xarici Kəşfiyyat xidmətinin rəisi Sergey Narışkin və s. Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də mümkün varis siyahısında olan şəxslərdir.
Putinin xələfləri sırasında Dövlət Şurasının sədri Aleksey Dyuminin də adı var. Rusiya prezidentinin şəxsi mühafizə xidmətində olmuş Dyumin daha sonra bir sıra vəzifələrdə çalışıb. Qərb analitikləri onun namizdəliyinin həm Rusiya vətəndaşlarının, həm də ölkə elitasının maraqlarına cavab verəcəyini qeyd edir.
Musavat.com
05 May 2025
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ