Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşündə jurnalistlərin gözlənilməz, hətta provokativ sualları ilə də qarşılaşıb.
Onlardan biri belə olub:
“Əgər sabah İsrail – ABŞ-ın yardımı ilə və ya onsuz – İranın ali lideri Əli Xameneini öldürsə, sizin və Rusiyanın reaksiyası nə olacaq?”
Putin suala cavabında sərt mövqe bildirib:
“Ümid edirəm ki, bu cavabınız üçün ən doğru reaksiya olacaq: Mən belə bir ehtimalı müzakirə etməyə belə razı deyiləm.”
Rusiya liderinin bu qısa, amma sərt reaksiyası sosial şəbəkələrdə və mediada böyük rezonans doğurub.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ