İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstandan Rusiya ilə bağlı SƏRT ADDIM: DAYANDIRILDI

Qırğızıstan bankları Rusiya şirkətləri ilə hesablaşmaları ciddi şəkildə məhdudlaşdırmağa başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə RBC hüquqşünaslara, məsləhətçilərə və xarici iqtisadi fəaliyyət iştirakçılarına istinadən məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, Rusiya ilə hesablaşma şərtlərinin pisləşməsi ötən ilin sonlarından başlayıb, son aylarda isə vəziyyət daha da kəskinləşib. Belə ki, ödənişlərin emal müddətləri artıb, komissiyalar yüksəlib, bəzi hallarda köçürmələr dayanıb.

Ötən ilin məlumatlarına görə, Qırğızıstana bütün transsərhəd köçürmələrin 93%-i (2,8 milyard dollar) və ölkədən çıxarılan vəsaitin 83%-i (370 milyon dollar) Rusiyanın payına düşüb.

Qırğızıstanın iri bankları ötən il Rusiya banklarına köçürmələri dayandırıb.

"24kg" portalının məlumatına görə, bunlar "Baqay Bank", "Demir Bank", "Dos-Kredobank", "Keremet Bank", "Asiya Bankı", "Optima Bank", "Eldik Bank" (RSK Bank), "Qırğızkommersbank", MBANK və "Qırğız İnvestisiya-Kredit Bankı" (KICB) olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR