İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı ət sevənlərə XƏBƏRDARLIQ: Fərqində olmadan zədələyə bilərsiniz

İngiltərədə aparılan yeni tədqiqat, qırmızı ətin diş əti sağlamlığına düşündüyümüzdən daha çox zərər verə biləcəyini ortaya çıxarıb. Alimlər bildirir ki, yemək vərdişlərimiz bədəndə iltihabı artıraraq diş əti xəstəliklərinə və hətta diş itkisinə yol aça bilər.

Milli.Az xəbər verir ki, tərəvəz, meyvə, taxıl və yağsız zülalla zəngin qidalanma diş əti sağlamlığını qoruyur.

Qırmızı ət - iltihabı artırır, diş ətini zəiflədir

Təxminən 200 nəfərin qidalanma vərdişləri təhlil edilib. Bitki əsaslı qidalanmayan və tez-tez qırmızı ət yeyən şəxslərdə diş əti xəstəliyi riskinin daha yüksək olduğu müəyyən edilib. Bu xəstəlik müalicə olunmadıqda dişlərin sallanması və düşməsi ilə nəticələnə bilər.

İngiltərədə böyüklərin təxminən 45%-i diş əti xəstəliklərindən əziyyət çəkir.

Qidalanma - diş əti iltihabı arasında əlaqə

Araşdırmanın müəlliflərindən Dr. Cüzeppe Mainas bildirib: "Qidalanma tərzi, orqanizmdəki iltihab səviyyəsi və periodontal xəstəliklər arasında açıq bir əlaqə müşahidə etdik. Bu nəticə, qidalanmanın diş sağlamlığında nə qədər önəmli olduğunu göstərir."

Tərəvəz və süd məhsulları iltihabı azalda bilər

Yaş, cins və siqaret kimi amillər nəzərə alındıqdan sonra məlum olub ki:

Akdeniz kimi qidalanmayan şəxslərdə iltihab göstəriciləri - IL-6 və C-reaktiv protein (CRP) daha yüksəkdir.

Tərəvəz, paxlalılar və süd məhsulları bu göstəricilərin səviyyəsini aşağı sala bilir.

Periodontologiya üzrə mütəxəssis Prof. Luigi Nibali xəbərdarlıq edir: "Diş ətini qorumaq üçün fərdi qidalanma planları hazırlanmalıdır."

Diş həkimləri nə təklif edir?

Qırmızı ətin istehlakını azaldın

Günlük rasiona tərəvəz, meyvə və süd məhsulları əlavə edin

İltihabı azaldan omega-3 mənbələrinə (balıq, zeytun yağı və s.) üstünlük verin

Diş ətində qanama, şişlik və xoşagəlməz qoxu varsa gecikmədən diş həkiminə müraciət edin.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR