İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban ətini soyuducuda neçə gün saxlamaq olar? – VACİB DETALLAR

Qurban Bayramında kəsilən ətin düzgün saxlanması sağlamlıq və dad baxımından çox önəmlidir.

Yenisabah.az bu barədə bir sıra vacib məqamı təqdim edir:

Yeni kəsilmiş ət dərhal soyuducuya qoyulmamalıdır. Əvvəlcə ət sərin, havalı və günəş işığından uzaq yerdə 5-6 saat saxlanmalıdır. Bu müddət ərzində ətin iç temperaturu düşür, sərtliyi azalır və bişəndə daha ləzzətli olur.

Ət daha sonra istifadə üçün kiçik hissələrə bölünməli, ayrı-ayrı poşetlərə və ya qablar qoyulmalıdır. Bu, ətin daha rahat saxlanması və istifadəsi üçün vacibdir. Soyuducuda ət +4°C-də 2-3 gün, dondurucuda isə -18°C-də 6 aya qədər saxlanıla bilər. Lakin bir dəfə dondurulub həll olunmuş ət yenidən dondurulmamalıdır, çünki bu, ətin keyfiyyətinə və sağlamlığa zərər verə bilər.

Dondurulmuş ətin həlli yavaş-yavaş, soyuducunun aşağı rəfində aparılmalıdır. Bu, bakteriyaların çoxalmasının qarşısını alır və ətin təzə qalmasına kömək edir. İlk günlərdə isə qurban ətindən hazırlanmış yüngül, asan həzm olunan yeməklərə üstünlük vermək məsləhətdir. Ağır və yağlı yeməklərdən, məsələn, qovurmadan uzaq durmaq daha faydalıdır.

Beləliklə, qurban ətini düzgün saxlamaq həm sağlamlığı qoruyur, həm də ətin dadını və təravətini saxlayır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR