İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Quliyevin oğlu göz yaşlarını saxlaya bilmədi: "Atanı itirmək böyük bir dərddir"  

"Çətin günümüzdə yanımızda olan hər kəsə təşəkkür edirəm. Dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıq edirəm. Heydər Əliyev Fondu daima yanımızda oldu".

Musavat.com xəbər verir ki, bunu mərhum Xalq artisti Ramiz Qulliyevin oğlu, tanınmış drijor Əyyub Quliyev atası ilə vida mərasimində deyib. O, atasının son günlərindən danışıb.

"Həkimlər dedi düzəlir, onu evə aparmaq olar. Ümid edirdik ki, yaxşılaşacaq. Xəstəxanadan çıxanda atam mənə dedi, xeyir və şər qardaşdır. Onun nə demək istədiyini həmin vaxt anlamadım.

Dost itirmək bir dərddir, müəllim itirmək ayrı bir dərddir, ata itirmək isə böyük dərddir".

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR