Onlayn ictimai-siyasi qəzet
"Hikmət Aslanovun "Alınmadı" adlı mahnısını oxumuşam. Allahdan istəmişəm, onun gözü çıxsın".
Bunu Rəqsanə İsmayılova deyib.
O, bəstəkar Hikmət Aslanovla aralarında yaşanan qalmaqaldan danışıb:
"Mahnını yutubdan sildirdi. Lazım olsaydı, onu qoydurardım. Orucluq ayı idi. Dedim ki, o, bu ayı anlamır. TV-də çıxıb yekə-yekə danışdı ki, mahnını sildirmişəm. Onsuzda bu musiqidən mən pul qazanıram. Sənin pisliyin özünə qaldı.
Vaxtında Rəqsanənin hesabına pullar yemisən. Sildirməklə deyil, ruzini verən Allahdır. Öz millətimizik də, ay gözün çıxsın. Halbuki mənim mahnılarımdan nə qədər pullar qazanmısan. Başa düşürəm, müəllif hüququdur. Paxıllığın özünə qaldı. İndi mən də acığa nə qədər mahnın varsa, hamısını efirlərə çıxıb oxuyacağam. Görüm mənə nə edəcəksən? Yəni qorxmuram biləsən". (Yenisabah.az)
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ