Onlayn ictimai-siyasi qəzet
ABŞ Konqresinin Nümayəndələr Palatası öz işçilərinə "Meta" şirkətinin "WhatsApp" messencerindən istifadə etməmək barədə xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, məlumatı "Financial Times" qanunverici orqanın daxili sənədlərinə istinadən yayıb. Bu tapşırıq şəxsi həyatın toxunulmazlığı ilə bağlı narahatlıqlarla izah edilir.
Nümayəndələr Palatasının Baş İnzibati Direktoru Katerina Spindor tərəfindən iyunun 23-də işçilərə WhatsApp-ın "istifadəçilər üçün yüksək riskli" hesab edildiyi qeyd olunan email göndərilib.
İyunun 30-dan etibarən işçilərə WhatsApp House proqramını noutbuklarına və mobil cihazlara yükləmək və ya saxlamaq qadağan edilib. Bu proqrama sahib olan hər kəsdən onu silmək istəniləcək.
Məktubda deyilir ki, qərar istifadəçi məlumatlarının qorunmasında “qeyri-şəffaflıq”, saxlanılan məlumatların şifrlənməsinin olmaması və “WhatsApp”dan istifadə ilə bağlı mümkün təhlükəsizlik riskləri səbəbindən qəbul edilib.
"Meta" messencerin bu xarakteristikası ilə qəti şəkildə razılaşmır. Şirkət nümayəndəsi bildirib ki, WhatsApp mesajları defolt olaraq başdan-ayağa şifrələnir, ona görə də nə şirkət, nə də üçüncü şəxslər onları oxuya bilmir. "Meta" əlavə edib ki, "WhatsApp House" təsdiqlənmiş proqramlar siyahısındakı əksər proqramlardan daha təhlükəsizdir.
Siyahıya "Microsoft Teams", "Signal", "iMessage", "FaceTime" və "Wickr" daxildir. Meta bildirib ki, bu arada WhatsApp Senatda rəsmi istifadə üçün təsdiqləni.
Şpindor isə qeyd edib ki, əsas vəzifələri Nümayəndələr Palatasını qorumaqdır: “Biz həmişə Nümayəndələr Palatasının üzvlərinin və işçilərinin məlumatlarını poza biləcək potensial kibertəhlükəsizlik risklərini izləyir və təhlil edirik. Biz mütəmadi olaraq Palata üçün Təsdiqlənmiş Proqramlar siyahısını nəzərdən keçiririk və onu uyğun gördüyümüz kimi dəyişəcəyik".
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ