Onlayn ictimai-siyasi qəzet
“Eşref Rüya” serialının baş rol ifaçısı Çağatay Ulusoy Bolqarıstan vətəndaşlığı alıb.
Musavat.com xəbər verir ki, məşhur aktyorun artıq iki vətəndaşlığa sahib olduğu sənədləşmə prosesi zamanı çəkilmiş bir fotonun sosial şəbəkələrdə yayılması ilə ortaya çıxıb.
Sənədlərlə məşğul olan bir dövlət qulluqçusu Çağatay Ulusoy ilə xatirə şəkli çəkdirərək sosial media hesabında paylaşıb.
İstanbulda doğulan Çağatay Ulusoyun ana tərəfdən bosniyalı, ata tərəfdən isə Bolqarıstandan köç etmiş türk əsilli olduğu məlumdur. Onun vətəndaşlıq prosedurlarını da məhz bu mənşəyə əsasən tamamladığı bildirilib.
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ