İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus ordusunun görüntüləri yayıldı: Bir nəfər də rus yoxdur! Ukraynaya qarşı görün, kimlər döyüşür - VİDEO SÜBUT

İlk yayım saatı: 31.05.2025, saat 9:43

Rusiya-Ukrayna müharibəsi davam etdikcə, Rusiya ordusunun tərkibi ilə bağlı diqqətçəkən yeni faktlar ortaya çıxır.


Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən yayımlanan və qısa müddətdə sosial şəbəkələrdə rezonans doğuran bir video Rusiyanın 102-ci alayına məxsus əsgərlərin Toretsk istiqamətində hücuma hazırlaşdığı anları əks etdirir.

Lakin bu görüntülərdə əsas diqqət çəkən məqam sıraya düzülən əsgərlərin heç birinin etnik rus olmamasıdır. Censor.NET-in məlumatına görə, kadrlarda yer alan hərbçilərin əksəriyyəti Çin, Kolumbiya, İran, Misir, Qana, Keniya və Banqladeş kimi ölkələrdən gələn muzdlu döyüşçülərdir. Onlar Rusiya ordusunda maaş qarşılığında xidmət edirlər və cəbhənin ön xətlərinə göndərilirlər.

Videoda əsgərlərdən biri kameraya yaxınlaşaraq istifadə etdiyi kobud ifadə ilə də gündəmə gəlib. O, rus dilində “Pravoslavsan? Həyat səni yaxşıca əzib keçib!” (İfadə söyüşlüdür) deyə ironik şəkildə səslənir. Bu cümlə əsgərlərin hansı psixoloji və sosial təbəqədən cəlb olunduğunu da göstərmiş olur.

Hərbi ekspertlər bu halı təsadüfi saymır. Onların fikrincə, Rusiya daxilində səfərbərlik elan olunmadan müharibənin miqyasını genişləndirmək mümkün olmadığı üçün Kreml çıxış yolunu əcnəbi muzdlularda görür. Pul müqabilində cəbhəyə gətirilən bu şəxslər insan resursu çatışmazlığını qismən də olsa kompensasiya etməyə xidmət edir.

Qeyd edək ki, Rusiya bu günə qədər Ukraynaya qarşı rəsmi olaraq müharibə elan etməyib və ölkədə ümumi səfərbərlik də yoxdur. Putin administrasiyası bu hərbi əməliyyatı hələ də “xüsusi hərbi əməliyyat” kimi təqdim edir və bu ifadə vasitəsilə beynəlxalq hüquqi öhdəliklərdən yayınmağa çalışır.

Ən diqqətçəkən məqamlardan biri də odur ki, BBC-nin son hesabatına əsasən, Rusiya bu müharibə fonunda enerji satışlarından gəlirlərini artırmağa davam edir. Xüsusilə neft ixracından əldə edilən gəlirlər artmaqda davam edir və bu da onu göstərir ki, Rusiya iqtisadi baxımdan çökəcək deyə gözlənilən ssenarilər reallığı tam əks etdirmir.

Hazırkı vəziyyət onu göstərir ki, Kreml müharibəni davam etdirmək üçün kifayət qədər maliyyə resursuna sahibdir. Bu resurslar rus əhalisindən yox, müxtəlif qitələrdən gətirilmiş muzdlu döyüşçülər hesabına insan resursunu da təmin edə bilir.

Musavat.com bu görüntüləri oxucularına təqdim edir. Video bir daha sübut edir ki, Rusiya ordusu artıq “rus ordusu” olmamaq yolundadır və müharibənin sonu hələ görünmür.

Mənbə: Censor.NET – https://censor.net/en/n3555284

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR