Onlayn ictimai-siyasi qəzet
Fransanın Qrenobl şəhərində PSJ-nin UEFA Çempionlar Liqasında çempionluğunu qeyd edən azarkeşlərin üzərinə avtomobil sürülüb.
Hadisə nəticəsində bir ailənin dörd üzvü xəsarət alıb. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Məlumata görə, PSJ finalda İtaliyanın "İnter" klubunu 5:0 hesabı ilə məğlub etdikdən sonra azarkeşlər küçələrə axışaraq qələbəni qeyd etməyə başlayıblar. Lakin bayram ab-havası faciə ilə bitib. BMW markalı avtomobilin sürücüsü izdihamın içinə girib. Hadisə nəticəsində 17, 23 və 46 yaşlarında olan ailə üzvləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, onlardan ikisinin vəziyyəti ağırdır.
Bildirilir ki, sürücü hadisəni ehtiyatsızlıqla törədib, daha sonra özü könüllü şəkildə polisə təslim olub və saxlanılıb.
Eyni zamanda Fransanın paytaxtı Parisdə azarkeşlərlə polislər arasında iğtişaşlar baş verib. 2 nəfər həyatını itirib, 192 nəfər yaralanıb. Polis 150 nəfəri saxlayıb. (Offsideplus.az)
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ