Onlayn ictimai-siyasi qəzet
İyunun 23-nə keçən gecə Rusiya Ukraynanın müxtəlif ərazilərinə dron və ballistik raketlərlə kütləvi hücum həyata keçirib.
Musavat.com-un Unian-a istinadən məlumatına görə, Hərbi Hava Qüvvələri Sumı, Kiyev, Çerniqov, Çerkassı, Dnepropetrovsk, Xarkov, Nikolayev, Xerson, Kirovohrad və Odessa vilayətlərində “Şahed”lərin hücumunu qeydə alıb. Gecə yarısına yaxın Hərbi Hava Qüvvələri Kiyevə dron təhlükəsi barədə xəbərdarlıq edib, daha sonra ballistik raket hücumu baş verib.
Hücum nəticəsində Ukrayna paytaxtında müxtəlif ərazilərdə yaşayış binaları, biznes mərkəzi, məktəb, metro stansiyası və digər obyektlərə ziyan dəyib. 5 nəfərin yaralandığı məlum olub.
Kiyev Şəhər Hərbi Administrasiyasının (KCMA) rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, metronun "Svyatoşin" stansiyasının çıxışlarından birinə və ona bitişik əraziyə - avtobus dayanacağına ziyan dəyib.
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ